Azərbaycan Prezidentinə məktub yazacam ki… – Jirinovski

Biz Azərbaycan hakimiyyətindən rəsmi münasibət tələb etməliyik.

Bu barədə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimir Solovyovun “Tam əlaqə” verilişində sabiq səfir İsfəndiyar Vahabzadənin səs-küylü videomüraciətini şərh edərkən deyib.

“Mən Azərbaycanı pisləməmişəm, sadəcə o (İ.Vəhabzadə, – red.) özü uğursuzdur, bunda da rus xalqını gunahlandırır. İlham Əliyev bunu istəmir, Heydər Əliyev də bunu vaxtı ikən istəmirdi…”, – o bildirib.

Jirinovski həmçinin qeyd edib ki, buna görə Azərbaycan Prezidentinə məktub ünvanlayacaq:

“Cinayət işinin dərhal açılması tələbi ilə respublika başçısına məktub göndərəcəyik. Bu təhqirdir və bunu intellegensiya nümayəndəsi səsləndirir. Sanki orta əsrlərdə yaşayırıq“.

Aparıcı Vladimir Solovyov isə Azərbaycan rəsmilərindən şərh gözlədiyini vurğulayaraq, Vahabzadənin Rusiyada həbs edilməli olacağına dair fikirlər səsləndirib.

Xatırladaq ki, İ.Vahabzadə Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə, o cümlədən xalqına qarşı etdiyi təhdidlərə cavab verərək, deputatın özünü və rus xalqını “donuz” adlandırıb.

V.Jirinovskinin o ifadələrinə görə isə Azərbaycan XİN Rusiyaya nota vermişdi.

Hamısını Göstər

Related Articles

Back to top button