Azərbaycan Prezidentinin reytinqi: rəy sorğusunun nəticələrinin konseptual təhlili

Prezidentlik və liderlik
Müasir geosiyasi təlimlərdə və poli- toloji konsepsiyalarda dövlət başçısı kimi uğurlu fəaliyyətlə lider olaraq uğurlu ol- mağın nəzəri-konseptual izahı xüsusi yer tutur. Belə bir ümumi qənaət vardır ki, çağdaş dünyamızda müstəqil dövlətin başçısı olaraq qazanılan uğurlar lider kimi əldə edilən nailiyyətlərlə sıx bağlıdır və əksinə – uğurlu lider həm də uğurlu dövlət başçısı olan siyasətçidir.
Bu cür qarşılıqlı bağlılıq müasir dövrün xüsusiyyətlərindən qaynaqlanır. Keçən əsrin ikinci yarısından başlayaraq geosiyasi nəzəriyyələrdə məsələnin bu as- pekti geniş araşdırılmaqdadır. Bizi maraq- landıran nəzəri məsələ kontekstində on- ların sırasında Amerika sosial-psixoloqu Edvin Hollanderin 1958-ci ildə elmi döv- riyyəyə daxil etdiyi bir anlayış xüsusi yer tutmaqdadır. E.Hollander həmin dönəm üçün qeyri-adi sayılan “etibarlılıq krediti” anlayışını işlətmişdir.
Siyasi liderliyə tətbiqdə bu ifadə li- derin ardıcıllarının ona olan etibarının dərəcəsini əks etdirir. Daha dəqiq anlam- da liderin “etibarlılıq krediti” bir şəxsiy- yət kimi liderliyə yüksəlişi zamanı qəbul edilmiş siyasi normalar çərçivəsində fəa- liyyəti nəticəsində liderliyə yüksəlməsin- dən sonra yenilikçi olmaq, qeyri-standart addımlar atmaq və ona dəstək verən qrup üçün “qeyri-adi” görünən (ilk baxışdan alınan psixoloji təəssürat kimi) addımlar atmaq “hüququ”nun, “haqqı”nın “polito- loji ölçüsüdür”!
Belə alınır ki, siyasi liderin “etibarlı- lıq krediti” fərd olaraq fəaliyyət müddə- tində toplanmış elə ehtiyat dəyərlərdir ki, liderlik müddətində ona yenilikçi olmaq, innovativ davranmaq və ilk baxışdan qeyri-müəyyən dərk edilə bilən “liderlik diapazonu” verir. Və həmin məqamdan liderlik üçün daha əhəmiyyətli mərhələ başlayır.
İctimai rəyin seçimi
“Liderlik diapazonu” özlüyündə mə- cazdır. O, liderin fərd kimi və sosial mü- hitə həlledici təsir edən lider-şəxsiyyət olaraq qeyri-adi, yenilikçi və orta seçici tərəfindən çətin qəbul edilən addımlar atmaqla “müsbət imic hüdudunda” qa- lıb-qalmadığını ifadə edir. Lider fərd kimi psixoloji olaraq güclü seçici dəstə- yinə malikdirsə, bir müddət “etibarlılıq krediti”ndən “xərcləyə” bilər. Bunun əsas göstəricisi məhz ictimai rəydir. Həmin mərhələdə toplumun rəyi qarşısında iki seçim meydana gəlir.
Birincisi, liderin öncə normadan kənar hesab olunan və buna görə qey- ri-müəyyən sayılan davranışı çox müsbət nəticələr verir.
İkincisi, liderin davranışları dövlət, ölkə və cəmiyyət üçün müsbət nəticələr vermir.
Birinci halda liderin etibarlılığı daha da artır, yəni “nüfuz krediti çoxalır”, ona yeni daha innovativ addımlar atmaq sahə- si yaradır.
İkinci halda isə lider etibarlılıq kredi- tini azaltmış olur ki, bu da onun ictimai rəydə nüfuzunun aşağı düşməsi kimi ifa- də olunur.
Beləliklə, ümumi halda hər hansı lide- rin “idiosinkrazial krediti” (idiosinkrazial normadan kənaraçıxmanı ifadə edir) lide- rin fəaliyyətinin qrupun (geniş miqyasda – cəmiyyətin) gözləntilərinə (inanclarına, müsbət saydıqları faktorlara) uyğun gəlir- sə, seçicinin etibarlılıq dərəcəsinin icti- mai rəy qismində rəmzi ifadəsi keyfiyyə- tində çoxalır, artır. Bu prosesin rəqəmsal mənzərəsini rəyi ifadə edən ədədlərin faiz müqayisəsi əks etdirə bilir.
Əgər liderin fəaliyyəti qrupun (top- lumun) gözləntilərinə uyğun kriteriyalar üzrə müsbət qiymətləndirilmirsə, onun “idiosinkrazial krediti” azalır. Bu proses davamlı olsa, liderliyin iflası qaçılmaz hal alır.
Bütün bunlar bir tərəfdən, liderliyin mürəkkəb fenomen olduğunu göstərirsə, digər tərəfdən ictimai rəy məsələsinin nə dərəcədə ciddi faktor olduğunu ifadə edir. İndi bu ümumi nəzəri-konseptual qənaə-
tin işığında Azərbaycanda bu ilin may ayının son on günlüyündə keçirilən va- cib sorğunun nəticələrinin müqayisəsinə keçək.
Etimad səviyyəsi – 87,7 faiz
Azərbaycan Respublikasının Media- nın İnkişafı Agentliyinin təşkil etdiyi sosi- oloji sorğuda rəyi soruşulan 1210 nəfərin 87,7 faizi Prezident və Liderə etimadını bildirmişdir. Vətəndaşların Prezidentə və Liderə yüksək etimad göstərməsinin si- yasi, geosiyasi, sosial və ideoloji əhəmiy- yətinin çox yüksək olduğunu vurğulamaq lazımdır. Çünki indiki mərhələdə hər bir dövlət başçısı – lider üçün vətəndaşın ina- mı və etibarı əsasında formalaşan siyasi, psixoloji etimadı çox ciddi anlama malik- dir. Bu, o deməkdir ki, vətəndaş (seçici) dövlətin başçısını həm də cəmiyyətin li- deri kimi tam qəbul edir və bütün siyasi, ictimai, iqtisadi, təhlükəsizlik, hərbi və digər sferalar üzrə fəaliyyətini dəstəkləyir. Buna dövlət başçılığı və liderliyin inklü- zivliyi deyilir.
Vətəndaş (potensial və faktiki seçici) Prezident İlham Əliyevin həyata keçirdi- yi proqramlara, bütövlükdə siyasi kursa yüksək etimadını 2026-cı ildə də göstə- rirsə, məsələyə başqa rakursda da baxmaq faydalıdır. Biz, İlham Əliyevin Prezident seçkisində qazandığı səslərlə indiki eti- mad səviyyəsi arasında elə bir fərq ol- madığı faktını nəzərdə tuturuq. 2024-cü il seçkisində dövlət başçısı İlham Əliyev 92,12 faiz səs toplamışdı. Bu, o deməkdir ki, keçən müddət ərzində seçicinin etima- dı demək olar ki, dəyişməmişdir. Müasir mərhələdə bu, olduqca yüksək göstərici- dir. Cəmiyyət bütövlükdə Prezidentə və xalqın layiqli liderinə tam inanır!
Seçici səsi və cəmiyyətin qiymətləndirməsi
Digər tərəfdən, sorğuda “Prezident seçkiləri növbəti bazar günü keçirilsə, kimə səs verərdiniz” sualının qoyulması həm çox yerindədir, həm də nəticəsi əhə- miyyətlidir. Respondentlərin 91,5 faizi seçkilər indi keçirilsə, Prezident İlham Əliyevə səs verəcəklərini konkret ifadə et- mişlər. Deməli, Azərbaycan Prezidentinin seçicilər qarşısında reytinqi heç dəyişmə- mişdir və yüksək olaraq qalır.
Bunlardan alınır ki, rəyi soruşulanla- rın 10-dan 9-u Prezident İlham Əliyevə etimad göstərmişdir və seçici kimi İlham Əliyevin yenidən dövlət başçısı olmasına səs verməyə hazır olanların sayı daha çox- dur. Onu sorğunun aşağıdakı nəticəsindən görmək olar. Belə ki, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiy- mətləndirmişlər.
Bu göstəriciləri ümumiləşdirsək, nəzəri-konseptual baxımdan maraqlı qə- naət əldə edə bilərik.
3 amilin sintezi
Hər şeydən öncə prezidentlik və li- derlik üçün çox əhəmiyyəti olan cəmiy- yətin fəaliyyətə olan müsbət münasibəti, etimadın yüksək olması və seçicinin səsi faktorları İlham Əliyevin sistem halında prezidentlik və liderlikdə nümunə oldu- ğunu təsdiq edir. Müsbət münasibətin ifa- dəsi idarəetmə və aparıcılıq aspektlərində Prezident İlham Əliyevin vədlərə tam əməl etdiyini göstərir. Etimadın yüksək qalması vətəndaşların ölkə rəhbərinin və həm də xalqın liderinin dövlətçiliyə, milli maraqlara və strateji məqsədə tam uyğun olaraq fəaliyyət göstərdiyini, seçicinin sə- sini yenə də İlham Əliyevə verməyə hazır olması faktı isə bugünkü qarışıq dünyada cəmiyyətin öz Prezidenti və liderinin doğ- ru siyasi kurs həyata keçirdiyinə böyük inamını ifadə edir.
Bunlar əsasında müasir politologiyada aktual sayılan bir xüsusiyyət üzərində da- yanmaq olar.
Liderlik və sosial identiklik
Yuxarıda gətirilən rəqəmlərdən və vurğulanan nəzəri-konseptual məqamla- rın müqayisəsindən aşağıdakı 4 nəticəni çıxara bilərik:
Birincisi, Prezident və layiqli lider İlham Əliyevə yüksək etimadın göstəril- məsi, seçicinin yenə də ona səs verməyə hazır olması və bütövlükdə cəmiyyətin müsbət münasibətdə qalması təməlində
Azərbaycanın real hərtərəfli inkişafda ol- ması, güclü iqtisadiyyata, orduya malik olması və bütövlükdə özü-özünü təmin edən ölkəyə çevrilməsi gerçəkliyi daya-
nır. İkincisi, İlham Əliyev bu nailiyyəti uzaqgörən və müdrik siyasət yeritməsi ilə əldə etmişdir. Dövlət başçısı və lider kimi Azərbaycan xalqının maraqlarını həmişə hər şeydən uca tutmuşdur. Beynəlxalq miqyasda milli maraqlarımızı, müstəqil dövlətçiliyimizi qətiyyətlə və prinsipial- lıqla müdafiə etmişdir.
Üçüncüsü, İlham Əliyev Prezident və Lider kimi öz gücünü daim xalqdan al- mışdır. Dövlət başçısı kimi xalqa güvən- mişdir. Ona görə də bütün fəaliyyəti boyu xalqın iradəsini ifadə etmişdir.
Dördüncüsü, Prezident İlham Əliyev dünya miqyasında qəbul edilən güclü siyasi lider nümunəsidir. Bu keyfiyyət- də Azərbaycan Prezidentini böyük və qətiyyətli lider xüsusiyyətlərinə malik mükəmməl şəxsiyyət kimi qəbul edirlər. Ona görə də İlham Əliyev dünyada böyük nüfuza sahibdir!
Vurğulanan nəticələrin əsasında Pre- zident İlham Əliyev nümunəsində liderlə cəmiyyət arasında münasibətlərin təhli- linə keçmək olar. Bu zaman başlıca krite- riya kimi sosial identikliyi götürürük.
Lider–cəmiyyət münasibətləri
Müasir müstəqil dövlətlərdə bu, öz- lüyündə mürəkkəb prosesdir. Ancaq lider və dövlət başçısı ilə onun ardıcılları və bütövlükdə cəmiyyətlə münasibətlərin dövlətçilik və milli maraqlar üzrə forma- laşması baxımından çox əhəmiyyətlidir. Bu münasibətin konkret məzmun alma- sında ictimai rəy başlıca rollardan birini oynayır. Onun burada iki cəhətini ifadə edək.
Birincisi, ictimai rəyi öyrənməklə şüurun süni, qondarma, obyektivlikdən uzaq manipulyasiyasının qarşısını almaq strategiyasını müəyyənləşdirmək olar.
İkincisi, ictimai rəy dövlət başçısı və liderə hər konkret mərhələdə uğurlu fəaliyyət modelini (və ya nümunəsini) müəyyən etməyə imkan verir.
Məhz bu şərtlər daxilində sosial iden- tiklikdən lider-cəmiyyət münasibətlərini aydınlaşdırmaqda istifadə etmək olar. Burada konkret olaraq iki istiqamətdə identiklik aktuallaşır.
Birinci istiqaməti hər bir tərəfdarın (və ya ümumi halda potensial seçicinin, vətəndaşın) özünün partiyaya və ya ye- ridilən siyasi kursu dəstəkləyən kəsimə psixoloji mənsubluğunun funksiyası kimi identikliyini müəyyən etməsi təşkil edir.
İkinci istiqaməti isə identikliyi qəbul etmiş tərəfdarın (potensial seçici) liderin statusunu özü üçün necə müəyyən etməsi ilə bağlıdır. Yəni fəaliyyətdə olan liderin vətəndaşın (o, tərəfdar olmaya da bilər) malik olduğu liderlik nümunəsinə hansı səviyyədə uyğun olub-olmaması ictimai rəy baxımından prinsipial elmi anlam da- şıyır.
Bu iki istiqaməti sosial identikliyin siyasi aspektdə mühüm xüsusiyyətləri adlandırsaq, onda alınır ki, lider haqqın- da ictimai rəy məsələsi fundamental məna kəsb edir. Ona görə də lider-cəmiy- yət münasibətlərinin ictimai rəy aspekti üçün qiymətləndirmə metodologiyası çox aktualdır. Həmin prizmada Azər- baycan Prezidenti haqqında indi mövcud olan ictimai rəy qiymətləndirməsi fonun- da bizim mühüm hesab etdiyimiz başqa bir tezisin üzərində dayanmaq zərurəti vardır.
Həmin tezis belədir: İlham Əliyev li- derliyini Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, qlobal səviyyədə öz sö- zünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxalq nüfu- za malik olması reallığı kontekstində qiymətləndirmək çox vacibdir! Burada məsələnin faktoloji tərəfini aparılan sor- ğunun nəticələri təşkil edir.
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



