Azərbaycan-Qırğızıstan əməkdaşlığı yeni starteji mərhələyə daxi olub

Azərbaycan-Qırğızıstan əlaqələri strateji mərhələyə yüksəlir
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq son illərdə məzmun və miqyas baxımından nəzərəçarpacaq şəkildə genişlənərək yeni strateji mərhələyə daxil olub. Dövlət başçıları arasında formalaşmış yüksək etimad mühiti, hökumətlərarası mexanizmlərin ardıcıl fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Dövlətlərarası Şuranın üçüncü iclası yalnız siyasi dialoqun intensivləşdirilməsi deyil, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi və Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi baxımından yeni perspektivlər açır.
İclasın yekun sənədlərində münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyinin vurğulanması onu göstərir ki, Bakı və Bişkek artıq uzunmüddətli strateji tərəfdaşlıq modelini formalaşdırmaq niyyətindədir. Bu yanaşma siyasi əməkdaşlıqla yanaşı, energetika, logistika, investisiya, təhlükəsizlik və humanitar sahələrdə də koordinasiyanın daha sistemli xarakter alacağını göstərir.
Polise.az



