Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri Moskvada görüşəcəklər
Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.
Yerli KİV-ə istinadən bildirilir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır. Aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.
Bu arada məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın mətbuat xidmətinə istinadən “Sputnik Armeniya” da məlumat yayıb. Məlumata görə, Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri yanvarın 30-da görüşəcəklər.



