Azərbaycan Rusiyaya niyə müraciət edib? – Peyvənd alır, yoxsa? – RƏSMİ

Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı Rusiyaya müraciət edib.

Rusiyanın koronavirusa qarşı hazırlayaraq qeydiyyata aldığı peyvəndi artıq 27 ölkə almaq istəyir. Bu barədə Baş nazirin müavini Tatyana Qolikova bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində artıq bu barədə müraciətlər var.

Peyvəndlə bağlı əməkdaşlığın müxtəlif formalarından söhbət gedir ki, onların arasında kliniki sınaqlar, peyvənd alışı, xarici ölkələrdə istehsalın dəstəklənməsi və s.-dir. Rusiyaya müraicət edən ölkələr arasında Azərbaycan da var. Həmçinin Belarus, Venesuela, Braziliya və Qazaxıstan da peyvəndlə bağlı Rusiyaya müraciət edib.

Xatırladaq ki, peyvəndin qeydiyyatı barədə məlumatı Prezident Vladimir Putin 11 avqustda bildirib. “Sputnik V” adlandırılan peyvəndin istehsalı 15 avqustda başlayıb.

Maraqlıdır, peyvəndlə bağlı Azərbaycanın Rusiyaya müraciəti nədən ibarətdir? Ölkəmiz peyvəndi satın almaq, kliniki sınaqlarda iştirak etmək, yaxud istehsalla bağlı tövsiyə almaq istəyir?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya bildirib ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə COVID-19 qarşı effektiv peyvəndlərin hazırlanması və sertifikasiyası prosesini yaxından izləyir, Rusiya Federasiyası daxil olmaqla peyvəndlərin istehsalçısı olan digər tərəfdaşlarla da bu mövzuda məsləhətləşmələr və müzakirələri davam etdirir:

“Bu proses çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının da rəy və tövsiyələri nəzərə alınır. Sadəcə, müzakirələr aparılır. Almaqla bağlı hər hansı yenilik olacaqsa, ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq. Hər bir mövzuda müzakirələr aparıla bilər. Bilirsiniz ki, hazırda ÜST tərəfindən təsdiqlənmiş koronavirus vaksini hələ yoxdur”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button