Azərbaycan səfiri Almaniya mətbuatındakı lobbiçilik fəaliyyətini tənqid edib
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin “Tagesspiegel” qəzetini NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin müəllifi olduğu Azərbaycan əleyhinə məqalə dərc etdiyinə görə tənqid edib.
Polise.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Tagesspiegel” erməni lobbiçi Anders Foq Rasmussenin Azərbaycan əleyhinə yazdığı tənqidi məqaləni niyə dərc edib? O, Ermənistan hökumətindən ildə 499 000 avroya qədər pul alır. Bununla belə, “Tagesspiegel” onu sadəcə NATO-nun keçmiş baş katibi kimi təqdim edir… Biz bunu Almaniya ictimaiyyətini çaşdırmağa və Azərbaycanı gözdən salmağa xidmət edən cəhd hesab edirik”, – o qeyd edib.
Polise.az