Azərbaycan Serbiyanı COP29-da fəal iştiraka dəvət edib

Azərbaycan Serbiyanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə dəvət edib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

“Bu fürsətdən istifadə edərək, biz Serbiyanı bu konfransın işində fəal iştirak etməyə dəvət edirik”, – o vurğulayıb.

S.Məmmədov Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin böyük imkanlar açdığını da qeyd edib: “Bu, regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan hökuməti ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirməklə bu əraziləri dirçəltmək, sülh və əməkdaşlıq zonalarına çevirmək niyyətindədir. Biz Serbiya iş adamlarını bu layihələrdə iştirak etməyə dəvət edirik”.

Nazir müavininin sözlərinə görə, iqtisadi potensial və qarşılıqlı maraqlar bundan sonra da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button