“Azərbaycan-Türkiyə birliyinə qarşı anti-təbliğat kampaniyası aparılır”
Regionda bəzi ölkələr Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından narahatdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirib.
“Bu iki ölkə arasında heç nə olmadan, süni şəkildə problem yaratmaq üçün anti-təbliğat kampaniyası aparılır. Bu məsələ Türkiyədə də narazılıqla qarşılanıb. Məqsəd isə münasibətlərin inkişafına kölgə salmaqdır”, – deyə şöbə müdiri vurğulayıb.
Polise.az