Azərbaycan-Türkiyə təlimlərini Rusiyaya qarşı “çevirənlər” kimlərdir? – Mixaylovdan açıqlama

Mütəmadi olaraq keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri Rusiyaya təhlükə yarada bilməz. Niyə? Çünki Azərbaycan ilə Rusiyanın yüzillik tellərlə bağlı olan dostluq münasibətləri mövcuddur.

Axar.az-a istinadən xəbər verilir ki, bu fikirlərlə rusiyalı ekspert, hərbi mütəxəssis Yevgeni Mixaylov çıxış edib.

Onun sözlərinə görə, vacib olan məqamlardan biri də Türkiyə ilə Rusiya arasında yüksək səviyyəli tərəfdaşlıq münasibətləridir.

“Azərbaycan-Türkiyə hərbi təlimlərinin guya Rusiyaya qarşı yönəldiyi barədə əsasən, ermənipərəst lobbiçilər danışır. Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Onlar qan qardaşlarıdır. Onların birgə mədəniyyəti mövcuddur. Türkiyənin həm özünün, həm də Azərbaycan Ordusunun hazırlıq səviyyəsini artırmaq istəyində təəccüblü heç nə yoxdur.

Odur ki, Azərbaycanın hərəkətləri Rusiyaya qarşı yönəlməyib və heç vaxt yönəlməyəcək. Bu, antiazərbaycan havası Rusiyada fəallaşan ermənipərəst lobbiçilərin “əl işidir”, – deyə rusiyalı ekspert qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button