Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovu və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovanini Ankarada Mərkəzi Ordu Evində qəbul edir.
Görüş çərçivəsində nazir Yaşar Gülər əvvəlcə azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli görüş keçirib. Daha sonra onun İrakli Çikovani ilə də görüşü planlaşdırılıb.
Toplantıda regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və üç ölkə arasında birgə fəaliyyət istiqamətləri müzakirə olunacağı gözlənilir.
Polise.az



