Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimindən görüntülər
Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.