Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları təlimdə müxtəlif silahlardan atəş açıb
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.
Qeyd edək ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.