Azərbaycan Ukranyaya silah verilməsinə baxa bilər

Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturlarına ardıcıl zərbələr endirməsi narahatlıqla qarşılanır. Caliber.az-ın mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, Azərbaycan öz arsenalındakı silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirəcək.

İki ölkə arasında davam edən gərginlik onunda Bakının artıq Moskvanın hərəkətlərinə daha ciddi reaksiyalar verəcəyi bildirilir.

Azərbaycanın Ukraynaya silah göndərməsi hansı halda mümkündür? Bu, Rusiyada necə qarşılanacaq?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanov deyib ki, Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturuna zərbələr endirməsi Bakı-Moskva münasibətlərində gərginliyin davam etdiyini göstərir:

“Təbii ki, bu hadisələr Azərbaycanın milli təhlükəsizliyi və enerji maraqlarına birbaşa təhdiddir.

İlkin olaraq qeyd edim ki, ölkəmizin Ukraynaya silah göndərməsi beynəlxalq hüquqa zidd deyil. Bu addım hər bir dövlətin suveren qərarvermə hüququ çərçivəsində həyata keçirilə bilər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button