Azərbaycan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.

Bu barədə Teleqraf-a Nazirlikdən bildirilib.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button