Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  Polise.az -a bildirilib ki, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib.

Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırkı regional vəziyyət əsas müzakirə mövzusu olub.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Azərbaycanın bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açılıb.

Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası tərəfindən 24 saatdan az müddətdə keçirilən antiterror tədbirlərini səciyyələndirən amillər barədə həmsöhbətini məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button