Azərbaycan və erməni xalqları birgə yaşaya bilər – Erməni deputatdan kritik açıqlama
“Sovetlər Birliyi Azərbaycan və erməni xalqının sülh şəraitində yaşaya biləcəyinin bariz nümunəsidir”.
Bunu Ermənistan parlamentinin deputatı, “Mənim addımım” partiyasından namizəd və Rus icmasının nümayəndəsi Aleksey Sandıkov Qafqaz Bürosuna verdiyi mühasibəsində bildirib.
“Buna misal olaraq Müslüm Maqomayev və Arno Babajanyanın məşhur dueti mənim üçün simvolikdir” deyə A.Sandıkov vurğulayıb.
Millət vəkili seçkiqabağı səfərlərində Gorus-Qafan yolunun hazırda Azərbaycanın nəzarətində olan hissəsindən keçdiyini qeyd edib.
“On ildən çox müharibə apardığın bir ölkənin bayrağı altında gəzmək, bu hissi yaşamaq həm emosional, həm də psixoloji cəhətdən çox çətindir. Eyni zamanda, yenə də tarixə baxsaq, xüsusən də SSRİ-də erməni və Azərbaycan xalqlarının birgə, yanaşı yaşamalarına və nəzəri cəhətdən mümkünlüyünə dair çoxlu nümunələr var. Təbii ki, tərəflərin hər birinin tələbatlarına ciddi riayət etmək şərti ilə”, – deyə Ermənistan parlamentinin deputatı izah edib.