Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli danışıqlar davam edəcək

Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri görüləcək.
Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Polise.az



