Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun inkişafına töhfə verəcək
Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının regionun inkişafına töhfə verəcəyini bildirib.
Polise.az xəbər verir ki, Y.Milatoviç bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə danışıb.
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirəm və bu, regionun inkişafına töhfə verəcək”, – deyə Prezident vurğulayıb.
Polise.az