Azərbaycan və Estoniya rəqəmsal transformasiya liderlərinin inkişafı proqramına start verirlər

Azərbaycan və Estoniya rəqəmsal transformasiya liderlərinin inkişafı proqramını həyata keçirəcəklər.

Polise.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Digital Nation” tərəfdaşı Taavi Linnanmyae Bakıda keçirilən “Digital Academy” çərçivəsində bildirib.

O deyib: “Biz Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IRIA) ilə rəqəmsal transformasiya liderlərinin inkişafı proqramına başlamaq üçün Azərbaycandayıq”.

Qonağın sözlərinə görə, rəqəmsal transformasiyanın texnologiyalarla əlaqəli olması fikri yanlışdır. Taavi Linnanmyae əlavə edib: “Bu, belə deyil. Əslində, bu sahə menecmentlə bağlıdır. Bu, əhəmiyyətli dərəcədə idarəetmə treninqləri, dəyişikliklərin idarə edilməsi, xidmətlərin layihələndirilməsi deməkdir. Texnologiyalarla hər kəs məşğul ola bilər. Bizim burada – Azərbaycanda çox gözəl texnoloji kompaniyalarımız var, yaxud siz başqa ölkələrdəki şirkətlərə də texnologiyaların yaradılmasını sifariş edə bilərsiniz. Amma texnologiyalar öz-özlüyündə kömək etməyəcək. “Rəqəmsal hökumətin” işləməsi üçün sizə ölkənin daxilində vizyonun nə olduğu barədə anlayışı paylaşan və ona çatmağı bilən, dəyişikliklər üzrə təşəbbüslər irəli sürən və onları idarə edən liderlər lazımdır. Növbəti illərdə biz rəqəmsal transformasiyanın daha çevik və səmərəli yolu ilə idarə edəcək gələcək liderləri yetişdirməliyik. Estoniyanın ölkə daxilində topladığı və ya bütün dünyada, digər ölkələrdə öyrəndiyi təcrübələr var və onları bölüşməyə hazırıq”.

Taavi Linnanmyae daha sonra bildirib ki, “Digital Academy” proqramı növbəti ildə davam edəcək. Dövlət müəssisələrinin nümayəndələri ilə yanaşı, özəl sektorun təmsilçiləri də onun iştirakçısı olacaqlar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button