Azərbaycan və İsveçrənin XİN rəhbərləri təkbətək görüş keçirir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisi qarşılayıb.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Polise.az




