Azərbaycan və İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə olunub

Müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov İtaliyaya səfər edib, Azərbaycan və İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə olunub.

Bu barədə Poliseaz -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Baş direktor İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button