Azərbaycan və Latviyanın NATO-dakı nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Latviyanın Şimali Atlantika Alyansındakı səfiri, Latviyanın sabiq xarici işlər naziri Maris Riekstinş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər NATO-Azərbaycan tərəfdaşlığı məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regiondakı vəziyyət müzakirə olunub.
Latviya NATO ilə Azərbaycan arasında əlaqələndirici funksiyasını yerinə yetirir.