Azərbaycan və Latviyanın xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

“Polıse.az “ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Latviya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər nazirləri, həmçinin COP29-a hazırlıq, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın sülh səylərini müzakirə ediblər.

Polıse.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button