Azərbaycan və Qazaxıstan arasındakı təhsil sahəsi üzrə sazişə dəyişiklik edilir

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edilir.

Polise.az  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsində 7 maddə öz əksini tapıb.

Sənədə əsasən, tərəflər öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycan Respublikasının ali təhsili sahəsində və Qazaxıstan Respublikasının ali və ali təhsildən sonrakı təhsili sahəsində əməkdaşlığı inkişaf etdirir və qarşılıqlı kömək göstərirlər.

Qanun layihəsinin 7-ci maddəsinə görə, bu Protokol Sazişin ayrılmaz hissəsidir və Sazişin 9-cu maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minir və Sazişin ləğvi ilə eyni vaxtda qüvvədən düşür.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button