Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsinə 50 milyon dollardan çox sərmayə yatırır.

Polise.az  Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev bildirib. Onun sözlərinə görə, “Qazaxtelekom” SC və “Azərtelekom” MMC arasında birgə müəssisə yaradılıb. Sualtı fiber-optik xəttin layihələndirilməsi və quraşdırılması üzrə podratçının seçilməsi üzrə tender yekunlaşmaq üzrədir.

“Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 milyard təngədən (50,6 milyon ABŞ dolları) çox təşkil edir” – deyə Madiyev bildirib.

Qeyd edək ki, Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.

Layihədə məqsəd Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button