Azərbaycan və Suriya XİN başçıları telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.

Polise.az  xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.

Bundan əlavə, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button