Azərbaycan və Türkiyə nazirləri Qarabağda
“Hazırda Horadiz-Ağbənd yol inşaatı ərazisindəyik. Burada həm magistral, həm də dəmir yolu sahəsində çox böyük işlər gedir. Digər alternativ yollarda da işlər başlayıb. Türkiyə Qarabağın inşasında həm mühəndislik, həm də texnoloji baxımdan bütün gücü ilə qardaş və dost Azərbaycanın arxasındadır”.
“TRT Haber” məlumat verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.
Türkiyəli nazir azərbaycanlı həmkarı Rəşad Nəbiyevlə birlikdə Zəfər yolunun inşaat sahəsinə gedib.
O bildirib ki, Türkiyə bölgənin inkişafında hər zaman Azərbaycanın yanındadır:
“Biz bölgənin bərpası ilə əlaqədar ehtiyaclarını təmin etmək üçün buradayıq. İnşallah Qarabağın inşasında göstərdiyimiz səydən məmnun qalarıq”.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev də Türkiyənin dəstəyindən məmnun olduğunu vurğulayıb.