Azərbaycan xalqı müqəddəs Ramazan bayramını qeyd edir

Bu gün ölkəmizdə müqəddəs Ramazan bayramı qeyd edilir.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu gün ölkəmizin bütün məscidlərində bayram namazları qılınacaq.

Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08:00, Təzəpir məscidində isə 09:00-a təyin edilib.

Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar.

Ramazan bayramında müsəlmanlar bir-birini ziyarət edir, qohum-əqrabalarla görüşülüb, incikliklər aradan qaldırılır. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyinərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulub. Bu vəsilə ilə yoxsul müsəlmanlar da bayramı xoş-əhvalla keçirirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button