Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib: Mediamız azad, demokratikdir

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Polise.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq “X”də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

“Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur”.

Xatırladaq ki, Ferqus Auld “X”dəki paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button