Azərbaycan XİN: Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında bu ay Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş planlaşdırılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“Bəli, nazirlərin görüşü planlaşdırılır”,- o qeyd edib.
Xatırladaq ki, bu gün Ararat Mirzoyan yerli mediaya açıqlamasında Ceyhun Bayramovla görüşəcəyini açıqlamışdı.
Polise.az



