Azərbaycan XİN fransalı nazirin yalanlarına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.

“Report” xəbər verir ki, bu, A.Hacızadə bununla bağlı “X”dəki hesabında yazıb.

“Cənab Nazir, beynəlxalq hüquqa və ədalətə sadiqliyinizi bəyan etmək üçün beynəlxalq hüquqa və ədalətə hörmət etmək və buna uyğun hərəkət etmək lazımdır”, – A.Hacızadə vurğulayıb.

Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button