Azərbaycana rəhbərlik edən şəxslərin xanımları kimlərdir?

1918-2025-ci illərdə ölkəmizə rəhbərlik edən azərbaycanlıların həyat yoldaşları ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq. 1918-ci ilin mayın 28-də Azərbaycanda burjua respublikası, 1920-ci il aprelin 28-də sosialist respublikası qurulub və o tarixlərdən bugünə kimi Azərbaycan Respublikasıa 17 nəfər azərbaycanlı rəhbərlik edib.
Azərbaycan Respublikasına rəhbərlik edən 7 nəfərin həyat yoldaşı əslən azərbaycanlı olmayıb, 2 nəfərin həyat yoldaşı barədə isə məlumat yoxdur. İndiyə qədər Azərbaycana rəhbərlik etmiş şəxslərin həyat yoldaşlarının siyahısı:
Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin (27 may 1918 – 7 dekabr 1918) iki həyat yoldaşı olub. Birinci həyat yoldaşı milliyətçə azərbaycanlı (əmisi qızı) olan ümbülbanu Rəsulzadə, ikinci həyat yoldaşı milliyətçə polyak olan Vanda (Leyla Rəsulzadə) olub.
Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (7 dekabr 1918-28 aprel 1920) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Pəri Məlikova (Həsən bəy Zərdabinin qızı) olub.
Baş nazir Fətəli xan Xoyskinin (28 may 1918 – 14 aprel 1919) həyat yoldaşı milliyətçə rus olan Yevgeniya Vasilyevna olub.
Baş nazir Nəsib bəy Yusifbəylinin (28 may 1919 30 mart 1920) həyat yoldaşı milliyətçə Krım türkü olan Şəfiqə Soltan olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri Mirzə Davud Hüsevnovun (28 aprel 1920 – 23 iyul 1920) həyat yoldaşı Tamara Xoyskinin anası rus, atası (Fətəli xan Xoyski) azərbaycanlı olub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun (30 dekabr 1922 – 19 mart 1925) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Gülsüm Əliyeva olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ruhulla Axundovun (5 yanvar 1925 – 21 yanvar 1926) həyat yoldaşı milliyətçə fin olan Frida Şlemova olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun (10 dekabr 1933-6 aprel 1953) həyat yoldaşı milliyətçə alman olan Yevgeniya Gelman olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Teymur Yaqubovun (6 aprel 1953 – 17 fevral 1954) həyat yoldaşı barədə məlumat yoxdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevin (17 fevral 1953 – 10 iyul 1959) həyat yoldaşı barədə məlumat yoxdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun (10 iyul 1959 14 iyul 1969) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Sara xanım Ağayeva-Axundova olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin (14 iyul 1969 3 dekabr 1982) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Zərifə Əliyeva olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovun (3 dekabr 1982 – 21 may 1988) həyat yoldaşı milliyətçə polyak olan Tatyana Valoyeva olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun (3 dekabr 1982 – 21 may 1988) həyat yoldaşı milliyətçə rus olan Lidiya Baqatinski olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (25 yanvar 1990 – 14 sentyabr 1991) və Azərbaycanın ilk prezidenti (30 avqust 1991 – 6 mart 1992) Ayaz Mütəllibovun həyat yoldaşı milliyətçə azərbaycanlı olan Adilə Mütəllibova olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (25 yanvar 1990 – 14 sentyabr 1991) və Azərbaycanın ilk prezidenti (30 avqust 1991 – 6 mart 1992) Ayaz Mütəllibovun həyat yoldaşı milliyətçə azərbaycanlı olan Adilə Mütəllibova olub.
Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin (16 iyul 1992 – 1 sentyabr 1993) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Həlimə Dövlətova olub.
Azərbaycan Prezidenti İlham Əliyevin (15 oktyabr 2003) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Mehriban Əliyevadır (Paşayeva).
Azərbaycan Prezidenti İlham Əliyevin (15 oktyabr 2003) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Mehriban Əliyevadır (Paşayeva).
N.Həsənov
Polise.az



