“Azərbaycanda 13 min adamın virusdan öldüyü…” – İlqar Məmmədov

“Koronavirusa qarşı kollektiv immunitetin yaranması üçün əhalinin heç olmasa yarısı virusa yoluxmalıdır. Elmi araşdırmalara əsasən, Azərbaycanda COVID-19-a yoluxan hər 1 milyon adamdan ən azı 2 730 nəfəri, ən çoxu isə 5 150 nəfəri ölməlidir”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, elmi araşdırmanı əsas götürərək ölkədə artıq 1 milyon insanın virusa yoluxduğunu demək mümkündür:

“Operativ Qərargah deyir ki, Azərbaycanda indiyədək virusdan 2575 adam ölüb. Yuxarıdakı nisbət ilə bunu geri hesablasaq, ən azı yarım milyon, ən çoxu isə 1 milyon insan artıq virusa yoluxmuşdur:

2575 x 1000000 / 2730 = 943224

2575 x 1000000 / 5150 = 500000

Amma Operativ Qərargah yoluxanların sayını cəmi 217 min kimi göstərərək özü öz rəqəmlərinin elmi əsaslı olmadığını təsdiq edir. Yaranan vacib sual odur ki, Operativ Qərargah yoluxanların yarısından çoxunu, bəlkə də 80 faizini “görə” bilmirsə, onda o, ölənlərin neçə faizini görə bilir?

Sualın cavabını başqa rəsmi rəqəmlərdə axtaraq. Mart-oktyabr aylarında Azərbaycanda əvvəlki 5 ilin maksimum göstəriciləri ilə müqayisədə 4 845 nəfər daha çox adam ölüb.  Nəzərə alaq ki, 44 günlük müharibənin ilk 35 günü ərzində ölkə təxminən 2245 nəfər şəhid verib (2823×35/44=2245). Şəhidləri ümumi saydan çıxaq. Qalır 2600 nəfər. Onların demək olar hamısının COVID-19-a görə dünyasını dəyişməsi şübhəsizdir, çünki mart-oktyabr aylarında bu qədər əlavə ölüm sayı yaradacaq başqa amil yoxdur. Operativ Qərargah isə mart-oktyabrda cəmi 730 nəfər ölüb deyirdi”.

Siyasətçi Operativ Qərargahın yoluxma sayını 2-5 dəfə, ölüm sayını isə azı 3-5 dəfə daha kiçik göstərdiyini vurğulayıb:

“Təkcə noyabr və dekabr aylarında isə Operativ Qərargah 1 845 nəfərin öldüyünü deyir. Operativ Qərargahın ifşa etdiyimiz xüsusiyyətini nəzərə alaraq, bu rəqəmi də 5 dəfə artırmalı və toplam olaraq Azərbaycanda indiyədək 13 min adamın COVID-19-dan öldüyünü güman etməliyik:

2600+1300+9225=13125

İkinci abzasda göstərdiyim nisbətləri 13 minə tətbiq edəndə məlum olacaq ki, ölkəmizdə 2,5 – 4,8 milyon adam virusa yoluxub. Deməli, kollektiv immunitet Azərbaycanda artıq yaranmaq üzrədir, ya da yaranmışdır və xalqımız gərəksiz sərt karantinlərə baxmayaraq, virusa kütləvi şəkildə yoluxaraq ona artıq qalib gəlmişdir”.

Hamısını Göstər

Related Articles

Back to top button