Azərbaycanda 16 yaşlı qız ana oldu

Azərbaycanda 16 yaşlı qızın ana olması ilə bağlı fakt ictimaiyyətdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlayıb.

Onun sözlərinə görə, azyaşlı ana artıq qurumun tərkibində fəaliyyət göstərən sığınacağa yerləşdirilib.

“Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona bütün zəruri dəstək göstərilib. Hazırda körpəsi ilə birlikdə sığınacaqda qalır. Qızın həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harada olduğu bilinmir. Azyaşlının dediyinə görə, həmin şəxs 27 yaşındadır”, – deyə Mehriban Zeynalova bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button