Azərbaycanda 2021-ci ildə bələdiyyə cinayətləri – Siyahı

Azərbaycanda bir neçə bələdiyyələrin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər nəticəsində ümumilikdə 9 323 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 290 hektar torpaq sahəsinin mülkiyyətə və 8 806 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə isə 9 096 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Hamısını Göstər

Related Articles

Back to top button