Azərbaycanda bir ailənin beş üzvünün meyiti tapıldı: Üçü azyaşlıdır

Qusarda bir ailənin dəm qazından boğularaq ölən üzvlərinin adları məlum olub.

Dəm qazından ölən şəxslər ər-arvad və övladlarıdır.

Dəm qazından boğularaq ölənlərin Qusar şəhər sakinləri – 1987-ci il təvəllüdlü Rusif Şıxov və onun arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova, 2017-ci il təvəllüdlü İmarə Şıxova və digər iki azyaşlıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində qeydə alınıb. 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button