Azərbaycanda bu silahları əldə etmək olar, amma…
Silahların sənədləşməsi Azərbaycanda müəyyən qaydalar çərçivəsində həyata keçirilir.
Baku TV-nin əməkdaşları mövzu ilə bağlı süjet hazırlayıb.
Bilirik ki, sentyabr ayının 1-dən etibarən ov mövsümü açıq elan edildi. Bununla da ovçu mağazalarına xüsusi axın artdı.
Bir şəxs maksimum yeddi silah əldə edə bilər. Daha çox silah əldə etmək istədikdə isə Daxili İşlər Nazirliyinin xüsusi icazəsi olmalıdır. Əlavə alınan silahlar qoşalülə və yarıavtomatik silahlardır.
Əlinə ilk dəfə silah alan şəxs mütləqdir ki, təlimdə iştirak etsin. Təlimə başlamazdan öncə isə qoruyucu vasitələrdən (qulaqcıq, eynək və papaq) istifadə etmək lazımdır. Bunlar bizi hədəfin qırıntılarından və atəş səsindən qoruyur. Atıcılığın sirlərinə yiyələnmək üçün ən azı dörd məşğələ keçmək lazımdır.