Azərbaycanda elektron ticarətlə bağlı qanunvericiliyə dəyişiklik edilir

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi təklif olunur.

Polise.az xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Qanun layihəsinə əsasən, elektron ticarət sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, ödəniş üsullarının müasir tələblərə uyğunlaşdırılması və texnoloji neytrallıq prinsipinin qanunvericiliyə daxil edilməsi nəzərdə tutulur.

Layihədə POS-terminal anlayışının dəqiqləşdirilməsi, elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ilə bağlı müddəaların yenilənməsi də əksini tapıb.
Bundan başqa, elektron ticarət zamanı ödənişlərin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi təklif edilir.

Dəyişikliklərin elektron ticarət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə və mövcud maneələrin aradan qaldırılmasına xidmət etməsi nəzərdə tutulur.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button