Azərbaycanda erkən nikahın qarşısı alınıb
Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikah faktının qarşısı alınıb.
Oxu.Az, Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə gələn çəkiliş qrupunun güc tətbiq edərək texnikasına ziyan vuran yerli sakin müəyyən edilərək saxlanılıb.
Komitə nümayəndəsi qeyd edib ki, hadisə ilə bağlı Kürdəmir RPİ-nin istintaq şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Polise.az