Azərbaycanda icra hakimiyyətində əməliyyat: İcra başçısı və vəzifəli şəxslər saxlanıldı
Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.