Azərbaycanda insan alverində təqsirləndirilən qadınlara 16 il cəza verildi

Azərbaycanda insan alverində şübhəli bilinən qadınlara hökm oxunub.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən N.Səttarova və A.Kalimulina tutulublar.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən, onlar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.4-1, 144-1.2.5 (insan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək N.Səttarova 8 il 1 ay, A.Kalimulina isə 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button