Azərbaycanda nikahların sayı azalıb
Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Dövlət Statistika Komitəsindən Polise.az -a bildirilib ki, 2024-cü ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah və 6933 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Polis.az