Azərbaycanda restoranda başlayan nişan mərasimi şöbədə bitdi

Qazaxda restoranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasiminin keçirliməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək, nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvvəllər məhkum olunmuş Tahir Novruzovla danışaraq, restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

15 nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Restoran sahibi T.Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button