Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Füzuli rayonunun Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədovun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3 000 manat məbləğində cərimə edilib. 

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası icbari olan “məcburi göstəriş” verilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button