Azərbaycanda xüsusi icazə alıb oğurluğa getdilər

Qubada xüsusi icazədən istifadə edən oğrular saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs tutulub.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsilə tərk edərək, Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər. 

Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button