Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılacaq
Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi nəzərdə tutulur.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Bununla bağlı icraçı qurumlar olaraq Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası müəyyənləşib.