Azərbaycandakı səfirliklərə məxsus avtomobillər Astara sərhədində – FOTO

İrandan Azərbaycan vasitəsilə təxliyə olunacaq xarici vətəndaşları mənsub olduqları ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları qarşılayacaq.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, əcnəbilərin vətəndaşı olduqları ölkələrin Azərbaycandakı səfirliklərinə məxsus avtomobillər tədricən Astara sərhəd-keçid məntəqəsinə gəlməyə başlayıblar.

Təxliyə prosesinə gecə saatlarında başlanması ehtimal olunur, hazırki saatlara qədər isə sərhədi yalnız Azərbaycan vətəndaşları keçib.

Hazırda sərhəd buraxılış məntəqəsində təşkilati və koordinasiya işləri davam etdirilir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button