Azərbaycandan Türkiyəyə növtəbi dəstək: Amfibiya təyyarəmiz yola düşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür.
Yanğın-xilasetmə qrupuna daxil olan “BE-200ÇS” tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.
Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.