Azərbaycanın AQEM-ə sədrliyi daha iki il uzadıldı

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb.
Polise.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
“Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm”, – dövlət başçısı qeyd edib.
Polise.az



