Azərbaycanın dövlət rəsmiləri Aktauda aviaqəzada yaralananlarla görüşüb – YENİLƏNİB-2

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər.

“Report” xəbər verir ki, nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.

15:43

Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.

“Report”un məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

15:08

Azərbaycanın hökumət rəsmiləri “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərindədir.

“Report” xəbər verir ki, bunlar, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.

Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button